doghaashi

Doğa aşı
Recipe Type: Başlanqıç
Cuisine: Azəri
Author: Təbrizli
Prep time:
Cook time:
Total time:
Doğa aşını Sərein şəhərinə getdiginizdə dadaraq, nəqədər fərqli olduğunu hiss edəcəksiniz. Doğa aşı Azərbaycanın bir çoxlu yerlərində pişirilər, ancaq şəxim belə fikirləşirəm ki Savalan ətəgində bu aşı içmək daha fərqlidir.
Ingredients
  • 1 Kiloğram Yoğurt (yağlı və turş)
  • 1 Dənə Yumurta
  • 3 Qaşığ Un (buöda unu)
  • 1 Çayqaşığı Duz
  • 1 Kiloğram Yaşıl (doğranmış və qarışıq göyərti: Maydanoz, şuvud, gəşniz, taza sarmsax, nanə v.s)
  • 200 Ğram Noxud (islanmı, pişmiş yada hazır qutuda satılanlar)
  • 4 Bardağ Su (yetərincə)
  • 50 Ğram Sarmsax (döyülmüş)
Instructions
  1. Az yanan ocağ üstündə qablamada yoğurt, un, yumurta və duzu taxta qaşıqla yavaş yavaş qatıb və həmən həmən yaşılı artırın və qarışdırmağa davam edin. Bir neçə dəqiqə qarışdırdıqdan sonra suyu əlavə edin və qarışdırmağa davam edin.
  2. Yaxlaşıq 20 dəqiqədən sonra öncədən pişmiş noxudu arın. Əgər noxud bir gecə öncədən islanmışsa o zaman noxuda görə ərkən artırmaq lazimdir. Hazır qutuda (KƏN) noxud olursa daha gec artırmaq lazimdir.
  3. Diqqət edin ki bu aşı pişirmək əslində davamlı qarışdırmaqdan ibarətdir. Deməli, aş pişənə qədər taxta qaşıqla qarışdırmalısınız, qablamanın dibi qapmamalıdır.
  4. Aş qıvama gəldikdən sonra, deməli yemək üçün hazırdır.
  5. Döyülmüş sarmsax aşın üzərinə atılır və sunulur. Bu aşı kükə (fətir) ilə yemək yaxşıdır.

 

Categories: Aş (Sup), Bizimki

Comments are closed.

Recent Recipes

Recent posts

Doğa aşı

Posted on Dec - 18 - 2014

Comments Off on Doğa aşı

Sponsors